Меню

Русский выбор страны
30.08.2016

Gürcüstan kənd təsərrüfatı naziri yardım üçün Azərbaycana təşəkkür etdi

Mən azərbaycanlı həmkarım Heydər Əsədovla danışdıqdan iki gün sonra bizim problemimiz həll olundu.  Bizim kənd təsərrüfatı sahəsində münasibətlərimizdə böyük irəliləyiş var.
Son bir neçə ildə Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərdən  bəhrələnərək, Gürcüstanda da kənd təsərrüfatını inkişaf etdirməyə çalışırıq”.
Gürcüstanda azərbaycanlılar yaşayan bölgələrdə torpaqlar çox məhsuldardır. Onlar əkin-səpin işlərini, torpağın becərmə texnologiyasını daha yaxşı bilir və torpağın məhsuldarlığını yaxşılaşdırırlar. Biz kənd təsərrüfatı sahəsini inkişaf etdirmək üçün onlara kiçik faizli kredit verir və kənd təsərrüfatı ilə birgə sənayenin də inkişaf etdirilməsinə...

Kənd təsərrüfatı naziri iki ölkə arasında ixrac və idxalın artırılması üçün geniş imkanlar olduğunu vurğulayıb: “Biz bu məsələni azərbaycanlı həmkarımla bir neçə dəfə müzakirə etmişik. Biz həmçinin meliorasiya sahəsində də layihələr həyata keçirməyə çalışacağıq.

Azərbaycanda bu sahədə müsbət inkişaf var və biz bu böyük təcrübədən yararlanmağa çalışacağıq. Onu da qeyd edim ki, son 10 ildə Gürcüstanda kənd təsərrüfatı prioritet sayılmırdı və 2013-cü ildən sonra biz yeni hakimiyyətin dəstəyi ilə kənd təsərrüfatı sahəsini inkişaf etdirməyə başladıq.

Bundan sonra ölkə əhalisinin kənd təsərrüfatına marağı artdı və biz digər ölkələrlə olduğu kimi, Azərbaycanın təcrübəsindən də istifadə edərək bir-birimizə dəstək verdik. Biz Azərbaycanla strateji münasibətlərimizi daha da inkişaf etdiririk“.
 
Gürcü nazir Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı bölgələrdə kənd təsərrüfatının güclü inkişaf etdiyini bildirib: “Gürcüstanda azərbaycanlılar yaşayan bölgələrdə torpaqlar çox məhsuldardır.

Onlar əkin-səpin işlərini, torpağın becərmə texnologiyasını daha yaxşı bilir və torpağın məhsuldarlığını yaxşılaşdırırlar.
Biz kənd təsərrüfatı sahəsini inkişaf etdirmək üçün onlara kiçik faizli kredit verir və kənd təsərrüfatı ilə birgə sənayenin də inkişaf etdirilməsinə qrantlar veririk.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında


Рассказать об этой новости: 






Фотогалереи
биопро
зерно